“Gəncə” üçün uğursuz start
"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda Türkiyənin "Esenler Erokspor" kollektivi ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə nəticələnib - 92:63.
Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/gence-uchun-ugursuz-start.webp