DÇ: Vüsal Qələndərzadə 1/8 finalda - YENİLƏNİR
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə yarışa 1/32 finaldan başlayıb.
O, ilk görüşündə Bolqarıstan təmsilçisi Hristo Valkovla üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz 1/16 finala yüksəlib.
Qələndərzadə bu mərhələdə estoniyalı Saad Dikayevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn təmsilçimiz adını 1/8 finala yazdırıb.

https://qelebe.az//uploads/photo/dch-vusal-qelenderzade-18-finalda-yenilenir.webp