Qelebə.az / DÇ: Vüsal Qələndərzadə 1/8 finalda - YENİLƏNİR

DÇ: Vüsal Qələndərzadə 1/8 finalda - YENİLƏNİR

Bu gün, 11:27

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

QELEBE.AZ xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə yarışa 1/32 finaldan başlayıb.

O, ilk görüşündə Bolqarıstan təmsilçisi Hristo Valkovla üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz 1/16 finala yüksəlib.

Qələndərzadə bu mərhələdə estoniyalı Saad Dikayevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn təmsilçimiz adını 1/8 finala yazdırıb.

Geri qayıt