Zelim Tçkayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİR
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində Zelim Tçkayev mübarizəyə 1/16 finaldan qoşulub.
O, ilk görüşündə Moldova təmsilçisi Viktor Sterpu ilə üz-üzə gəlib. İdmançımız rəqibini məğlub edib və adını 1/8 finala yazdırıb.

https://qelebe.az//uploads/photo/zelim-tchkayev-dunya-chempionatina-qelebe-ile-bashlayib-yenilenir.webp