Rafinya bütün rəqiblərini geridə qoydu
İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.
QELEBE.AZ xəbər verir ki, bu ada "Barselona"nın kapitanı Rafinya layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
O, səsvermədə Kilian Mbappe ("Real"), Conatan Devid ("Atletiko"), Serxio Kamelyo ("Rayo Valyekano") və Fer Ninyonu ("Elçe") geridə qoyub.
Qeyd edək ki, Rafinya sentyabrda İspaniya çempionatında meydana çıxdığı 4 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/rafinya-butun-reqiblerini-geride-qoydu.webp