Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığmamız doğma meydanda Lixtenşteynlə qarşılaşacaq.
Qonaqların futbolçusu Alessio Hasler matçla bağlı fikirlərini bölüşüb:
“Azərbaycanla görüşə çox yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqinin güclü və zəif tərəflərini bilirik. Sabahkı oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/lixtenshteynli-futbolchu-qelebe-uchun-elimizden-geleni-edeceyik.webp