Qelebə.az / Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik”

Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik”

Dünən, 16:21

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız doğma meydanda Lixtenşteynlə qarşılaşacaq.

Qonaqların futbolçusu Alessio Hasler matçla bağlı fikirlərini bölüşüb:

“Azərbaycanla görüşə çox yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqinin güclü və zəif tərəflərini bilirik. Sabahkı oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da başlayacaq.

Geri qayıt