“Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
Mauro İkardi gələcəyi və müqaviləsiz qalması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
QELEBE.AZ xəbər verir ki, argentinalı hücumçu sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
“İşsizliyi uğursuzluqla qarışdırırlar, mən buna həyatını yoluna qoymaq deyirəm.
Müqaviləsiz olmağı seçimsiz olmaqla qarışdırırlar. Mən buna seçim azadlığı deyirəm.
Vaxtımın sahibi olmaq, gələcəyimi təmin etmək üçün çalışmışam. İşləməyi dayandırsam belə, həyatım eyni qalacaq.
Mənim üçün niyə narahat olduqlarını başa düşmürəm. Rahat yaşayın, hüzur içində və bol sevgi ilə yaşayın. Mənim artıq hər şeyim var”, – deyə İkardi bildirib.
Qeyd edək ki, İkardi 16 iyul 2026-cı ildə “Qalatasaray”dan ayrılıb. Argentinalı hücumçu həmin tarixdən sonra heç bir klubla müqavilə imzalamayıb və hazırda azad agent statusundadır.

https://qelebe.az//uploads/photo/klubsuz-qalan-ikardi-menim-artiq-her-sheyim-var.webp