“Gəncə”də uşaq basketbolunun inkişafı müzakirə edilib
“Gəncə” basketbol klubunun direktoru Elnur Cəfərov aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri və oyunçuları ilə görüş keçirib.
QELEBE.AZ xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Bildirilib ki, E.Cəfərov klub rəhbərliyinin bu idman növünün Gəncədə yalnız bir istiqamətdə deyil, kompleks formada, bir-birini tarazlayacaq şəkildə inkişafını düşündüyünü bildirib.
Bu məqsədlə də klubda ayrı-ayrı yaş qrupları üzrə komandaların formalaşdırıldığını və liqalarda çıxış etdiyini sözlərinə əlavə edib. Direktor klubun hərtərəfli inkişafı üçün uşaq basketbolunun təməl prinsipləri arasında xüsusi yer tutduğunu qeyd edib.
Klub tərəfindən qarşıya qoyulan strategiyaya uyğun olaraq məşqçilərin “qələbə” yox, “inkişaf” yönümlü yanaşmaya üstünlük verdikləri vurğulanıb. Görüşdə həmçinin ötən mövsümün nəticələrinə nəzər salınıb, məşqçilərin hesabatları dinlənilib. Növbəti yarışlar üçün qarşıya qoyulan hədəflərdən danışılıb.

https://qelebe.az//uploads/photo/gencede-ushaq-basketbolunun-inkishafi-muzakire-edilib.webp