"Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR
"Qarabağ"ın zədəli futbolçusu Zakaria Savonun durumuna aydınlıq gəlib.
"Apasport"un əldə etdiyi məlumata görə, hücumçu bərpa prosesini tamamlamaq üzrədir.
O, hazırda fərdi məşqləri davam etdirir. İsveçli yaxın müddətdə komanda ilə çalışmalara start verəcək.
Onun Misli Premyer Liqasının VII turunda meydana çıxması gözlənilir. Savonun adı "İmişli" ilə matçın iştirak ərizəsində yer alacaq.
Qeyd edək ki, Zakaria ÇSKA (Sofiya) ilə Bolqarıstanda keçirilən cavab görüşündə zədələnib.

https://qelebe.az//uploads/photo/quotqarabagquot-uchun-shad-xeber-savo-qayidir.webp