“Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
Fransanın “Olimpik Marsel” klubu baş məşqçisi Bruno Genesionun gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır.
“L'Equipe”in məlumatına görə, klub rəhbərliyi 60 yaşlı mütəxəssislə yolları ayırmaq variantını nəzərdən keçirir.
Lakin Genesionun aylıq 400 min avroluq maaşı və müqaviləsinin maliyyə öhdəlikləri rəhbərliyin "əlini-qolunu bağlayıb".
Genesio “Marsel”lə 2028-ci ilin yayına qədər müqavilə bağlayıb. O, cari mövsümün əvvəlində komandanın sükanı arxasına keçib.
“Marsel” mövsümə uğursuz başlayıb. Komanda son olaraq PSJ-yə 1:2 hesabı ilə uduzaraq bütün turnirlərdə ardıcıl 5-ci məğlubiyyətini alıb.
Liqa 1-də ilk 5 turdan cəmi 3 xal toplayan Marsel təmsilçisi Avropa Liqasının ilk oyununda da “Beşiktaş”a 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Genesio daha əvvəl “Lion”, “Renn” və “Lill” klublarını çalışdırıb.

https://qelebe.az//uploads/photo/marsel-genesionu-gondermek-istese-de-quoteli-qolu-baglidirquot.webp