“Trabzonspor” “Qalatasaray”ı meydana çıxmağa PEŞMAN ETDİ

“Trabzonspor” “Qalatasaray”ı meydana çıxmağa PEŞMAN ETDİ

Türkiyə Super Liqasında VI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, turun mərkəzi matçı bu gün baş tutub.

"Trabzonspor" "Qalatasaray"ı qəbul edib. Görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Oyunda hesabı Muhammed Salah açıb. Ardından Noa Saviolo fərqlənib. İlk hissənin sonlarında Salah dubl müəllifi olub.

İkinci yarı da eyni ssenari ilə keçib. Misirli hücumçu 80-ci dəqiqədə het-trikini rəsmiləşdirib - 3:0.

Qeyd edək ki, "Qalatasaray" 13 xalla liderdir. "Trabzonspor" isə 10 xalla 5-ci pillədə qərarlaşıb.