Zaur Həşimov: “Futbolçularımdan narazı qalmadım”

Zaur Həşimov: “Futbolçularımdan narazı qalmadım”

Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.

Apasport.az xəbər verir ki, matçdan sonra Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

"Oyunun gedişatı bizim üçün ümumən yaxşı alındı. Penalti epizoduna qədər demək olar ki, "Qarabağ"a 100 faizlik qol epizodu verməmişdik. Ümid edirdik ki, hücumda hansısa epizoda girərək, qol vurarıq. Ən azından bir xal qazanacağımızı düşünürdük, minimum bir xal arxasınca gəlmişdik. Futbolçularımdan narazı qalmadım, onlara təşəkkür etdim. Üç gün əvvəl oynadığımız "Sabah"a qarşı matç da fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda komandamdan razı qalmadım. Oyunumuz da pis alınmadı".

- Növbəti oyununuz "Turan Tovuz"a qarşıdır...
Qarşıda milli fasilə var. Ona qədər üç həftəmiz var. Bu qrafiklə bütün komandalar oynayacaq. Belə komandalarla oyunlarda da xal qazanmaq istəyirik. Oynadığımız bütün komandalar bizimlə görüşə qədər avrokuboklarda bir neçə oyun oynamışdı. Bu gün də komandamız layiqli mübarizə apardı. Üç həftə vaxtımız var. "Turan Tovuz"la görüşdə daha güclü "Şəfa" görəcəyik.