Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

“Fənərbaxça”nın 37 yaşlı qapıçısı Mert Günok milli komanda karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Günok milli komandada keçirdiyi illərin onun üçün böyük qürur olduğunu bildirib:

“Bu gün asan deyilməyəcək bir qərarın vaxtının çatdığını düşünürəm və milli komanda karyeramı başa vururam.

Birlikdə oynadığım komanda yoldaşlarıma, üzərimdə əməyi olan məşqçilərimə və illər ərzində bizim üçün çalışan hər kəsə təşəkkür edirəm.

Əlbəttə, gözəl ölkəmin gözəl insanlarına da minnətdaram. Dünyanın harasında oynamağımızdan asılı olmayaraq, dəstəyinizi hər zaman hiss etdik. Birlikdə üzüldük, birlikdə sevindik. Bu formanı geyinərkən ölkəmi və milyonlarla insanımızı təmsil etmək mənim üçün həmişə xüsusi hiss olub.

Hər şey üçün təşəkkürlər”.

Qeyd edək ki, Mert Günok Türkiyə millisində ilk oyununu 2012-ci ildə keçirib. O, yığmanın heyətində ümumilikdə 37 matçda meydana çıxıb.