Rusiya millisi 4 ildən sonra bayraq və himnlə FIFA turnirində – AZƏRBAYCANDA
Rusiyanın U-15 millisi 2022-ci ildən sonra ilk dəfə FIFA turnirində ölkənin bayrağı və himni altında çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
Komanda oktyabrın 22-dən 31-dək Azərbaycanda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək.
Rusiya yığması ilkin mərhələdə Türkiyə, Əfqanıstan, Cibuti, Syerra-Leone və Sudanla mübarizə aparacaq. Rusiyalılar ilk görüşünü oktyabrın 24-də Sudana qarşı keçirəcəklər.
Turnirin oyunları Bakının Hövsan qəsəbəsindəki yeni kompleksin meydançasında təşkil olunacaq.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı tarixdə ilk dəfə təşkil olunur. Azərbaycan yarışın ilk ev sahibi olacaq.

https://qelebe.az//uploads/photo/rusiya-millisi-4-ilden-sonra-bayraq-ve-himnle-fifa-turnirinde-azerbaycanda.webp