“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-3

“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-3

“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

APA xəbər verir ki, onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub. ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.

Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.

****

02.00

“Gent”-“Qarabağ” oyunun əsas vaxtı 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

APA xəbər verir ki, ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, əlavə vaxt oynanılır.

***

01.32

"Gent" - "Qarabağ" oyununda hesab açılıb.

APA xəbər verir ki, 75-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Villiu Orban komandasını önə çıxarıb.

***

00.01

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçı start götürüb.

APA xəbər verir ki, “Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Julio Romao, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.

“Gent"in heyətində isə Deyvi Rof, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Cordan Torunariqa, Sven Kums, Nurio Fortuna, Loran Depuatr, Bruno Qodo yer alıblar.

Gent şəhərindəki "Gelamko Arena"da keçirilən matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Bakıda rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu Gentin eyniadlı stadionuna tarix yazmaq üçün çıxıb. Avrokuboklarda 1/8 finala adlayan ilk Azərbaycan klubu olmaq üçün “Qarabağ” ilk görüşdəki üstünlüyü qorumalı, ən pis halda isə penaltilərlə qalib gəlməlidir.

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

Futbol
Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Futbol
"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb