Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

"Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik".

"QELEBE.AZ"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis buraxılan ikinci qoldan sonra futbolçuların toparlandığını bildirib: "Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm".

Baş məşqçi mübahisəli penalti epizodu ilə bağlı danışıb: "Nəsə desək, faydası olmayacaq. İkinci dəqiqədə elə penaltinin verilməsi bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı epizoda baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara təmiz penalti olduğunu söyləyib. Bəzən kiçik epizodlar bizim kimi komandalara təsir edir. Deyiləcək bir söz yoxdur. İnanırıq ki, qarşıdakı görüşlərdə daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən 3-4 qolu qapımızda görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdaxilə edə və onu dəyişə bilmərik".

Qurbanov "Frayburq"un baş məşqçisi Kristian Ştrayxla dialoqundan söz açıb: "Rəqib baş məşqçi dedi ki, Bakıya gəlmək onun üçün maraqlı olacaq. Bizimlə qarşılaşdıqları üçün şad olduqlarını vurğuladı. Görüşdən əvvəl bildirdi ki, yaxşı komandaya maliksiniz. Mən də eyni fikirləri ona söylədim".

Mütəxəssis oyunda iştirak etməyən Filip Ozobiçin durumunun yaxşı olduğunu deyib: "Bu, mənim şəxsi qərarım idi. Bu gün istədiyim futbolçuları meydana buraxdım".

Baş məşqçi "Frayburq"la "Qarabağ"ın gücünün bərabər olmadığını söyləyib: "Səhv etməməyə və oyunumuzu itirməməyə çalışırıq. Mən də istəyirəm ki, gələcəkdə klublarımızın imkanları 10 dəfə artıq olsun. Heyətimizi bu cür rəqiblə müqayisə etmək düzgün deyib. Ümumi götürsək, bu gün futbolçuların sərgilədiyi oyundan razı qaldım".

Qurbanov statistikanın futbolda mühim element olduğunu deyib: "Bu, futbolçunu daha inamlı və cəsarətli edir. Bu gün Bundesliqa liderini statistikada üstələyirik. Bunu gözləyirdikmi? Buna yox deməyəcəyəm. İstək və işgüzarlıq olanda hər şey mümkündür. Rəqibi daha üstün sayırdım və qiymətləndirirdim. Amma yenə deyirəm ki, güclü komanda olsa belə, qarşılaşmalara inamla çıxırıq. Bu gün daha istəkli idik deyə statistikada rəqibi üstələməyi bacardıq".

Futbol
AFFA "Zirə" klubunu cərimələyib

AFFA "Zirə" klubunu cərimələyib

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

Futbol
“Qarabağ” Avropada 2 pillə irəliləyib

“Qarabağ” Avropada 2 pillə irəliləyib

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib