“Çelsi” futbolçusunu Çempionşipə göndərdi - RƏSMİ

“Çelsi” futbolçusunu Çempionşipə göndərdi - RƏSMİ

"Çelsi" hücumçu Dastan Satpaevi icarəyə verib.

QELEBE.AZ xəbər verir ki, Premyer Liqa nəhəngi qazaxıstanlı futbolçunu "Börnli"yə göndərib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı forvard 2026/27 mövsümünü Çempionşip təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Çelsi" Dastan Satpaevi bu yay "Kayrat"dan 2,4 milyon avroya transfer edib.