“Neftçi” keçmiş basketbolçusunu yenidən heyətinə qatıb
“Neftçi” basketbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin üzvü Ulaş Can Turğutla anlaşıb.
23 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
200 sm boya malik basketbolçu 2024-cü ildə məhz “Neftçi”nin heyətində Azərbaycan Kubokunun qalibi olub. O, son mövsümdə “Gəncə”nin formasını geyinib.

https://qelebe.az//uploads/photo/neftchi-kechmish-basketbolchusunu-yeniden-heyetine-qatib.webp