Lukaku Türkiyədə çıxış edəcək?
“Napoli”nin hücumçusu Romelu Lukaku karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
QELEBE.AZ xəbər verir ki, “Fənərbaxça” belçikalı forvardın transferində israrlıdır.
İstanbul təmsilçisi artıq 6 milyon avro təklif etsə də, “Napoli” bu təklifi qəbul etməyib.
İtaliya klubu 33 yaşlı futbolçunun keçidi üçün 10 milyon avro tələb edir. “Fənərbaxça”nın isə yeni təklif göndərməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, “Napoli” Lukakunu 2024-cü ilin yayında “Çelsi”dən 30 milyon avro qarşılığında transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi oyunda 1 qol vurub.

https://qelebe.az//uploads/photo/lukaku-turkiyede-chixish-edecek.webp