Bundesliqadan Liqa 1-ə

Bundesliqadan Liqa 1-ə

Fransanın "Strasburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Liqa 1 kollektivi Almaniya "Borussiya"sının (Mönxenqladbax) və ABŞ milli komandasının hücumameylli yarımmüdafiəçisi Ciovanni Reynanı transfer edib.

23 yaşlı oyunçu yeni klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, Ciovanni Reyna ötən mövsüm Mönxenqladbax komandasının heyətində Bundesliqada 19 oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.