Fransanın "Strasburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Liqa 1 kollektivi Almaniya "Borussiya"sının (Mönxenqladbax) və ABŞ milli komandasının hücumameylli yarımmüdafiəçisi Ciovanni Reynanı transfer edib.
23 yaşlı oyunçu yeni klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, Ciovanni Reyna ötən mövsüm Mönxenqladbax komandasının heyətində Bundesliqada 19 oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.