“Şamaxı”nın 13 yaşlı futbolçusu vəfat edib
“Şamaxı” klubunun aşağı yaş qrupu komandasında ağır itki baş verib.
Apasport.az xəbər verir ki, U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə vəfat edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Şamaxı” rəhbərliyi bununla bağlı başsağlığı paylaşaraq mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyib.

https://qelebe.az//uploads/photo/shamaxinin-13-yashli-futbolchusu-vefat-edib.webp