Gülxanım Şirinova DÇ-ni medalsız başa vurub - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
QELEBE.AZ xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Monqolustan təmsilçisi Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.
Şirinova axşam seansında bürünc medal uğrunda Türkiyə güləşçisi Şirin Askarla üz-üzə gəlib.
Təmsilçimiz rəqibinə 4:12 hesabı ilə məğlub olaraq mundialı medalsız başa vurub.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/gulxanim-shirinova-dch-ni-medalsiz-basha-vurub-yenilenib.webp