Qelebə.az / Gülxanım Şirinova DÇ-ni medalsız başa vurub - YENİLƏNİB

Gülxanım Şirinova DÇ-ni medalsız başa vurub - YENİLƏNİB

Bu gün, 12:17

Azərbaycanın sərbəst güləşçisi Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

QELEBE.AZ xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Monqolustan təmsilçisi Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.

Şirinova axşam seansında bürünc medal uğrunda Türkiyə güləşçisi Şirin Askarla üz-üzə gəlib.

Təmsilçimiz rəqibinə 4:12 hesabı ilə məğlub olaraq mundialı medalsız başa vurub.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Geri qayıt