“Apasport”un əməkdaşları futbol turnirinin qalibi oldular
“Qarabağ” futbol klubunun təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib.
Həlledici oyunlardan sonra turnirin qalibi müəyyənləşib.
Finalda QELEBE.AZ-ın baş redaktoru Rasim Sultanzadə, müxbirləri İsmayıl Xeyrullayev və Hacı Heydərin çıxış etdiyi “J United” komandası “İdman TV”ni 4:0 hesabı ilə məğlub edərək çempion olub. “İdman TV” gümüş, “Xəzər” isə üçüncü yer uğrunda oyunda “CBC Sport”u 8:2 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb. Beşinci yer uğrunda qarşılaşmada “Futbol+” “Media 1875” üzərində 4:1 hesablı qələbə qazanıb.
Mükafatlandırma mərasimində “Qarabağ” Futbol Klubunun baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib və turnirin artıq ənənə halını aldığını bildirib.
Mükafatları Emrah Çelikel, klubun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev, eləcə də akademiyanın meneceri Nail Kərimov təqdim ediblər. Xanım idman jurnalistləri üçün təşkil olunan müsabiqələrin qaliblərinə də xüsusi hədiyyələr verilib.
Turnirin ən sərrast oyunçusu adına “Xəzər”in üzvü Xanoğlan İmanov layiq görülüb. Ən yaxşı oyunçu və ən yaxşı qapıçı mükafatları isə “J United”in futbolçuları Kamran Quliyev və Murad Şirinova təqdim edilib.

https://qelebe.az//uploads/photo/apasportun-emekdashlari-futbol-turnirinin-qalibi-oldular.webp