KuPS-un baş məçqçisi: "Bakıdan sonra vəziyyət fərqlidir"

KuPS-un baş məçqçisi: "Bakıdan sonra vəziyyət fərqlidir"

Finlandiyanın KuPS klubunun baş məşqçisi Miyka Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah”a qarşı keçiriləcək cavab oyunu haqda yerli mətbuata danışıb.

QELEBE.AZ xəbər verir ki, finlandiyalı məşqçi komandasının Bakıdakı məğlubiyyətini də şərh edib:

“Təbii ki, Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir. Buna baxmayaraq, biz Bakıda komandanı oyunda saxlayan nəticə əldə etdik. Lakin növbəti mərhələyə yüksəlmək şansımızı qorumaq üçün oyunumuzu təkmilləşdirməliyik”.

Qeyd edək ki, KuPS – “Sabah” oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.