Mbappedən kapitanlıq istəyi – Mourinyo sərt cavab verdi

Mbappedən kapitanlıq istəyi – Mourinyo sərt cavab verdi

"Real Madrid"in hücumçusu Kilian Mbappenin komandanın kapitanı olmaq istəyi baş məşqçi Joze Mourinyo tərəfindən qəbul edilməyib.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İddiaya görə, fransalı futbolçu kapitanlıq sarğısını daşımaq istəyini portuqaliyalı mütəxəssisə çatdırıb. Lakin Mourinyo bu təklifə sərt münasibət göstərib.

"Əvvəlcə komandaya liderlik edə biləcəyini sübut etməlisən. Bu komandada səndən daha uzun müddət çıxış edən futbolçular var", – deyə Mourinyonun Mbappeyə cavab verdiyi bildirilir.

Qeyd edək ki, "Real Madrid"də əsas kapitan Federiko Valverdedir.