“Şamaxı” Qətər klubuyla qarşılaşacaq
Bu gün “Şamaxı” yay təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyuna çıxacaq.
QELEBE.AZ xəbər verir ki, bölgə təmsilçisi Qətərin “Əl-Xəritiyyət” klubuyla qarşılaşacaq.
Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
18:00 “Şamaxı” (Azərbaycan) – “Əl-Xəritiyyət” (Qətər)

https://qelebe.az//uploads/photo/shamaxi-qeter-klubuyla-qarshilashacaq.webp