Leao uğrunda İstanbul derbisi – Mendeş və Qardi iş başında

Leao uğrunda İstanbul derbisi – Mendeş və Qardi iş başında

"Milan"ın ulduz futbolçusu Rafael Leaonun transferi uğrunda "Fənərbaxça" və "Qalatasaray" arasında rəqabət yaranıb.

Apasport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Daniele Lonqo məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, portuqaliyalı vingerin transferi ilə bağlı "Fənərbaxça" və "Milan" arasında aparılan danışıqların koordinasiyasını tanınmış futbol agenti Jorje Mendeş həyata keçirir.

"Qalatasaray" tərəfdən isə transfer prosesini məşhur menecer Corc Qardi idarə edir.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən "Milan"ın formasını geyinir. Portuqaliya millisinin üzvünün İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.