"Gent"in kapitanı: "Qarabağ" ildırım sürəti ilə hücuma keçirdi"

"Gent"in kapitanı: "Qarabağ" ildırım sürəti ilə hücuma keçirdi"

"Biz topu itirdikdən sonra rəqib ildırım sürəti ilə hücuma keçirdi".

"Report"un məlumatına görə, bunu Belçikanın "Gent" komandasının kapitanı Sven Kums Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

35 yaşlı futbolçu bildirib ki, "köhlən atlar"ın təhlükəli hücumları çox olsa da, həlledici məqamlarda yaxşı çıxış ediblər: "Vəziyyəti düzəldə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə mərhələni keçmək şansımız var".

Oyuna yaxşı başladıqlarını deyən belçikalı yarımmüdafiəçi fasiləyədək "Qarabağ"ı nəzarət altında saxladıqlarını vurğulayıb: "Üstəlik, yaxşı şanslarımız oldu, təəssüf ki, qola çevirə bilmədik. Fasilədən sonra isə oyun xeyli dəyişdi. "Rəqib bizi geri çəkilməyə məcbur etdi. Hücumları çətinliklə dəf etdik. Özümüz isə "çərçivə"yə düşə bilmədik".

Təcrübəli oyunçu Ramil Şeydayevin yararlana bilmədiyi penalti epizoduna da toxunub: "Hakim mənə dedi ki, bu, həqiqətən də dəstək qoludur, amma bədəndən xeyli aralanıb. Referi birinci hissədə penaltimizi vermədi. Halbuki Bruno Qodoya qarşı aşkar qayda pozuntusu var idi. Rəqibin yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsi zamanı isə qapıçımız Deyvi Rof əla seyv etdi".

Kums "Qarabağ"ın güclü kollektiv olduğunu etiraf edib: "Lakin fasilədən əvvəl göstərdik ki, bu rəqiblə oynamaq olar. Onları həqiqətən də məğlub edə bilərik. Şansımızın davam etdiyini düşünürəm".

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Gentdə keçiriləcək.

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Futbol
"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”