18 yaşlı futbolçu “Fənərbaxça”da - RƏSMİ
"Fənərbaxça" hücum xəttinə yeni oyunçu cəlb edib.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi Amara Diufu rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vingerlə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, seneqallı futbolçunun son klubu ölkəsində "Qenereyşn Fut" olub.

https://qelebe.az//uploads/photo/18-yashli-futbolchu-fenerbaxchada-resmi.webp