Qelebə.az / 18 yaşlı futbolçu “Fənərbaxça”da - RƏSMİ

18 yaşlı futbolçu “Fənərbaxça”da - RƏSMİ

24-06-2026, 19:02

"Fənərbaxça" hücum xəttinə yeni oyunçu cəlb edib.

Apasport.az xəbər verir ki, İstanbul nəhəngi Amara Diufu rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı vingerlə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, seneqallı futbolçunun son klubu ölkəsində "Qenereyşn Fut" olub.

Geri qayıt