DÇ-2026: Misirdən geridönüş: 3 xal 3 qolla gəldi - YENİLƏNİB
2026-cı il dünya çempionatında G qrupunun II turuna yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, turun son oyununda Yeni Zelandiya millisi Misirlə üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
15-ci dəqiqədə Yeni Zelandiya hesabı açıb. Surmanın qolu ilk hissənin hesabını müəyyənləşdirib: 1:0.
İkinci hissədə Misir geridönüş etməyi bacarıb. Sırasıyla Ziko, Salah, Trezege fərqlənib. Görüş Afrika təmsilçisinin qələbəsiylə başa çatıb: 3:1
G qrupunun digər oyununda Belçika və İran milliləri qolsuz heç-heçə ediblər.
DÇ-2026
G qrupu, II tur
22 iyun
04:00. Yeni Zelandiya - Misir 1:3
Yeni Zelandiya: Krokomb, Peyn, Surman, Boksall, Kakase, Bell, Stameniç, Makkovat, Sinqh, Cast, Vud
Misir: Şobeir, Hani, İbrahim, Fathi, Fatuh, Attia, Laşin, Aşur, Zizo, Salah, Marmuş

https://qelebe.az//uploads/photo/dch-2026-misirden-geridonush-3-xal-3-qolla-geldi-yenilenib.webp