Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
Estoniyanın paytaxtı Tallində cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.
Fidan Əlizadə (63 kq) gümüş medal qazanıb, Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Sabah daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.

https://qelebe.az//uploads/photo/cudochularimiz-ilk-gunu-2-medalla-basha-vurdu.webp