Azərbaycan Voleybol Federasiyasının iclası keçirilib, oyunçuya şərti cəza verilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-intizam komissiyasının iclası keçirilib.

AVF-dən "QELEBE.AZ"a verilən məlumata görə, toplantıda Hakimlər Kollegiyasının fevralın 10-da AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətə baxılıb.

Müraciətdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turunda baş tutmuş “Xarı bülbül” - “Neftçi” qarşılaşmasında nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar verilməsi xahiş olunub.

İclasda sözügedən matçda “Xarı bülbül” klubunun kapitanı İlqar İmamquliyevin intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilib. AVF-nin reqlamentinə əsasən, voleybolçuya xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.

Qeyd edək ki, Hakimlər Kollegiyasının AVF-yə müraciəti fevralın 10-da olub. Həmin gün keçirilməsi nəzərdə tutulan VI turun “Xarı bülbül” - “Murov” matçı da təxirə salınıb. Bu görüşün vaxtı hələlik bəlli deyil.

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”