Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Boris Qrebennikov heyətə 14 voleybolçu cəlb edib.
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə
Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Asif Əliyev, Nihad Qasımov.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. Komanda İsveç və Yunanıstan yığmaları ilə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-yigmasinin-avropa-liqasi-uchun-heyeti-achiqlanib.webp