Ançelotti Fransa klubunda - RƏSMİ
"Lill" klubunun yeni baş məşqçisi bəlli olub.
QELEBE.AZ xəbər verir ki, bu posta Davide Ançelotti təyin olunub.
Bu haqda Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb. O, daha öncə "Bavariya", "Napoli", "Everton", "Real" kimi komandalarda və Braziliya millisində köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, “Lill” 2025/26 mövsümünü Fransa Liqa 1-də 3-cü pillədə başa vurub.

https://qelebe.az//uploads/photo/anchelotti-fransa-klubunda-resmi.webp