Argentina millisində ciddi itki: MESSİ MATÇI BURAXACAQ

Argentina millisində ciddi itki: MESSİ MATÇI BURAXACAQ

Argentina millisinin heyətində ciddi itki yaşanır.

Apasport.az xəbər verir ki, yığmanın kapitanı Lionel Messi zədəsini sağalda bilməyib.

O, bu səbəbdən Honduras seçməsi ilə yoldaşlıq oyununu buraxacaq.

Hücumçu milli komandanın təlim-məşq toplanışına qoşulsa da, səhhətində problemlər var. Məşqçilər korpusu futbolçunu dünya çempionatına qədər qorumaq niyyətindədir.

38 yaşlı Lionelin DÇ-nin Əlcəzairlə ilk matçında meydana çıxması gözlənilir.

Qeyd edək ki, mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək