"Vilyarreal"ın yeni baş məşqçisi bəlli oldu
"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, İspaniya təmsilçisini İniqo Peres çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Peres son olaraq "Rayo Valyekano"nu çalışdırıb. Komanda onun rəhbərliyi altında 2025/26 mövsümündə Konfrans Liqasının finalında iştirak edib.

https://qelebe.az//uploads/photo/quotvilyarrealquotin-yeni-bash-meshqchisi-belli-oldu.webp