Premyer Liqada mövsüm başa çatdı: SON TURUN NƏTİCƏLƏRİ

Premyer Liqada mövsüm başa çatdı: SON TURUN NƏTİCƏLƏRİ

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, XXXVIII turda “Aston Villa” "Mançester Siti"ni üstələyib.

Görüş birmingemlilərin qələbəsi ilə nəticələnib - 2:1.

“Liverpul” doğma meydanda “Brentford”la 1:1 hesablı heç-heçə edib.

"Mançester Yunayted" mövsümü qələbə ilə başa vurub. Komanda “Brayton”a 3:0 hesabı ilə qalib gəlib.

Çempion "Arsenal" da turu qalibiyyətlə başa vurub. Komanda səfərdə “Kristal Palas”ı 2:1 hesabı ilə üstələyib.