Azər Bağırov "Kəpəz" fanatları barədə: "Onlar başqa cür baxırlar"
"Sabah"ı çempionluq münasibətilə təbrik edirəm. Allah qoysa, Azərbaycanı Avropada yaxşı təmsil etsinlər. Oyuna gəldikdə, "Sabah" kimi komandaya qarşı meydana çıxmışdıq. 22 oyun idi ki, uduzmurdular. Çox matçda da oyunun müqəddəratını birinci hissədə həll etmişdilər. Bu gün bir az bəxtimiz gətirdi. Yusif İmanova təşəkkür edirik ki, ən yaxşı oyunlarından birini oynadı. Düşünürdük ki, "Sabah" dəyişikliklərə gedəcək. Çünki 5 gündən sonra oyunları var. Şükürlər olsun ki, planlaşdırdıqlarımız baş verdi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Hər bir futbolçuya minnətdaram. Gəncədən gələn azarkeşlərə bir daha təşəkkür edirəm".
Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 31-ci turunun "Sabah"la(0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- Bir mövsümdə iki çempionu məğlub edən komandasız. Amma autsayderə uduzmusuz. Bunu nə ilə bağlayırsız?
- Fikir verirsizsə, heyətdə böyük dəyişikliklər edə bilmirik. Çempionatda 12-13 nəfərlə oynadıqda, eniş də olacaq. Fiziki və psixoloji tərəfi də var. Ən pisi o idi ki, dəyişiklik edəndə oyunu gücləndirə bilmirdik. uduzduğumuz 4 oyunda da elə oldu ki, heyətdə futbolçular yox idi. Biz də rotasiya edəndə, birdən-birə 4-5 zona zəifləyir. Futbol adamları bunu başa düşürlər, amma anlaşılandır ki, azarkeşlər tam başqa cür baxırlar. Komandanın yüksəliş dövründə enişi görəndə, üzülürlər.
Mirbağırağa

https://qelebe.az//uploads/photo/azer-bagirov-quotkepezquot-fanatlari-barede-quotonlar-bashqa-cur-baxirlarquot.webp