A Seriyasını tərk edəcəklər
A Seriyasını tərk edən iki komanda bəlli olub.
Apasport.az xəbər verir ki, "Pisa" və "Verona" aşağı liqaya düşüb.
"Pisa" XXXV turda "Leççe"yə 1:2 hesabı ilə uduzub və 17-ci pilləyə yüksəlmək şansını itirib.
Bu, klubun 1990/91 mövsümündən sonra yüksək liqadakı ilk ili idi.
“Leççe”nin qələbəsi səbəbindən "Verona" da xilas ola bilməyəcək. Komanda 2019-cu ildən bəri A Seriyasında çıxış edirdi.

https://qelebe.az//uploads/photo/a-seriyasini-terk-edecekler.webp