FIFA Puşkaş mükafatı uğrunda finalçıları açıqlayıb

FIFA Puşkaş mükafatı uğrunda finalçıları açıqlayıb

FIFA 2022-ci il Puşkaş mükafatına finalçı namizədləri açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 11 oyunçudan 3-nün qolu ilin ən yaxşısı olmağa namizəddir.

Amputa futbolu üzrə Polşanın “Varta” klubunun üzvü Martsin Oleksi də yekun iddiaçılar sırasına düşüb.

Mükafata, həmçinin, braziliyalı Rişarlison (Qətərdə keçirilən dünya çempionatında Serbiyanın qapısına akrobatik tullanışla vurduğu qol) və fransalı Dimitri Paye (“Marsel”in heyətində Avropa Liqasının 1/4 final mərhələsində uzaq məsafədən vurduğu qol) də iddia edir.

2009-cu ildə FIFA tərəfindən təsis edilən Puşkaş mükafatını 2021-ci ildə İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Erik Lamela alıb.

Qeyd edək ki, “The Best” mükafatı bu il fevralın 27-də təqdim ediləcək.

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Futbol
Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq