“Sabah”ın qış hazırlıq planı açıqlanıb
“Sabah”ın qış fasiləsində keçəcəyi hazırlıq planı bəlli olub.
Bakı klubunun mətbuat xidmətindən “QELEBE.AZ”a verilən məlumata görə, komanda təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı 2023-cü il yanvarın 7-də başlayacaq. Premyer Liqa iştirakçısı hazırlıq dönəmində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq.
“Sabah” yanvarın 19-da Bakıya qayıdacaq.

https://qelebe.az//uploads/photo/sabahin-qish-hazirliq-plani-achiqlanib.webp











