Ardadan assist, Mbappedən qol, "Real"dan 3 xal

Ardadan assist, Mbappedən qol, "Real"dan 3 xal

La Liqanın XXXIII turu çərçivəsində daha 2 qarşılaşma baş tutub. 

QELEBE.AZ xəbər verir ki, turun ilk oyun gününün gecə seansında "Jirona" doğma meydanda "Betis"i, "Real Madrid" isə "Alaves"i qəbul edib. 

Azarkeşlərin 5 qola şahidlik etdiyi matçda "Betis" qələbə qazanaraq səfərdən 3 xalla qayıdıb: 3:2.

Madrid "Real"ı isə Mbappe və Vinisiusun qollarıyla "Alaves"i evə əliboş göndərib: 2:1.

Türk futbolçu Arda Güler ilk qolda Mbappeyə assist edib. 

Aprel ayında bütün turnirlərdə ilk qələbəsini qazanan "kral klubu" lider "Barselona" ilə xal fərqini 6-ya endirib. 

79 xalla turnir cədvəlinim vahid lideri olan "Barsa"nın ehtiyatında isə oynanmamış 1 oyunu var.