Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
Azərbaycanın futzal millisi apreldə daha iki yoldaşlıq oyunu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, yığmamız aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstanla üz-üzə gələcək. Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, millimiz aprelin 9-da və 11-də isə Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-millisi-iki-yoldashliq-oyunu-kechirecek.webp