Millidəki karyerasını sonlandırdı

Millidəki karyerasını sonlandırdı

Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçu qərarını DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda 0:1 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabında elan edib.

“Əbədi xatırlayacağım bir şey varsa, o da son saniyəyədək inamını itirməyən, mübarizə aparan və bu formanı bütün qəlbi ilə qoruyan möhtəşəm komandanın bir hissəsi olmağımdır. Bu yolu onlarla birlikdə keçdiyim üçün qürur duyuram”, – deyə Otamendi paylaşımında bildirib.

Qeyd edək ki, Nikolas Otamendi 2009-cu ildən Argentina millisinin formasını geyinirdi. Təcrübəli müdafiəçi yığmanın heyətində dünya çempionu olub, iki dəfə Amerika Kubokunu və bir dəfə Finalissimanı qazanıb.