Qanalı vinger rəsmən Premyer Liqada

Qanalı vinger rəsmən Premyer Liqada

İngiltərə Premyer Liqasına yüksələn "İpsviç" heyətini yeni oyunçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda "Lester Siti"də çıxış edən Abdul Fatavunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, komanda 22 yaşlı vinger üçün qarşı tərəfə 24 milyon avro ödəyib. Qana millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fatavu 2023-cü ildən "Lester"in formasını geyinirdi.