"Göztəpə"li sabiq futbolçu "Zirə"də – Rəsmi
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Kot-d'İvuarlı hücumçu Lue Bayere Junioru transfer edib.
25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lue Bayere Junior karyerası ərzində İsveçin "Hammarbü" və "Frey", Serbiyanın "Jelezniçar" və "Yavor" klublarında çıxış edib.
Fil Dişi Sahilindən olan forvard həmçinin Türkiyənin "Göztəpə" klubunun da şərəfini qoruyub

https://qelebe.az//uploads/photo/quotgoztepequotli-sabiq-futbolchu-quotzirequotde-resmi.webp